Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Anar İsgəndərov gələn il təhsil tələbə kreditlərinin verilməsi məqsədilə büdcədən 35 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bildirib. Parlamentari aztəminatlı ailələrdən olan tələbələrin bu mexanizmdən yararlanmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, ödəmə qabiliyyəti məhdud olan şəxslərin müraciətlərinin diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.
"Yeni Sabah" xəbər verir ki, A.İsgəndərov, həmçinin ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 min 600-dən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə cəlb olunması üçün dövlət büdcəsində 20,9 milyon manat vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, sözügedən məbləğ gənc müəllimlərin yol və əmlakın daşınması xərclərinin, kommunal xidmətlərin, eləcə də yaşayış yerinin kirayə haqqı üzrə kompensasiyaların ödənilməsinə yönəldiləcək.
Deputatın qənaətincə, gənc kadrların kənd məktəblərində əmək fəaliyyətinə həvəsləndirilməsi üçün təkcə təbliğat işləri yetərli deyil və bu istiqamətdə əlavə sosial güzəştlərin, habelə digər stimullaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac var. İnternetdən sifariş
Nazim Hacıyev
Telegram kanalımız