Beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunub.
"Yeni Sabah" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bildirib.
Onun sözlərinə görə, qəbul imtahanlarında xarici dil üzrə beynəlxalq sertifikatlarla bağlı məsələlər tez-tez gündəmə gəlir: pizza sifarişi
"DİM-in öz xarici dil imtahanları mövcuddur. Bununla yanaşı, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq dil sertifikatları da müəyyən şərtlərlə qəbul olunur. Bu sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə mərkəzin Direktorlar Şurasının qərarı ilə təsdiq edilib. Həmin qaydalara əsasən, təqdim olunan beynəlxalq dil sertifikatlarının həqiqiliyi yoxlanılır. Bu proseslə bağlı bəzən narazılıq və şikayətlər olur. Xüsusilə TOEFL Home Edition sertifikatları ilə bağlı müəyyən risklər mövcuddur. Bu imtahanlar sertifikatlaşdırılmış imtahan mərkəzlərində deyil, ev şəraitində keçirilir. Təəssüf ki, 2023-cü ildən etibarən həmin imtahanlarda bəzi hallarda qeyri-obyektiv və qeyri-şəffaf üsullardan istifadə edilməsi faktları aşkarlanıb".
V.Misirov vurğulayıb ki, buna görə də bu sertifikatları təqdim edən şəxslərin sənədləri qəbul olunarkən onların həqiqiliyi DİM-in müvafiq qaydalarına uyğun şəkildə əlavə yoxlamadan keçirilir:
"Education Testing Service (ETS) – Dövlət İmtahan Mərkəzinin sorğularına cavab olaraq bəzi sertifikatların həqiqətən də saxta və ya qeyri-qanuni yollarla əldə edildiyini təsdiqləyib. Buna görə də həmin sertifikatların yoxlanılması tamamilə normal və zəruri prosedurdur. Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul edilməyib. Bu cür yoxlamalar qəbul prosesinin şəffaflığını və ədalətliliyini təmin etmək məqsədi daşıyır. Dünyanın bir çox nüfuzlu universitetləri də beynəlxalq sertifikatların həqiqiliyinin yoxlanılmasına xüsusi önəm verir".
Telegram kanalımız