“Bakı və Daşkənd münasibətləri strateji müttəfiqlik səviyyəsindədir” -   Şərh

saytların hazırlanması

Evə çatdırılma

“Bakı və Daşkənd münasibətləri strateji müttəfiqlik səviyyəsindədir” - Şərh

Siyasət

21 Avqust 2026 16:11 39


“Azərbaycan son illər Türk dövlətləri əlaqələrin inkişafına xüsusi önəm verir. Cənab Prezident son illər dəfələrlə Özbəkistanda səfərdə olub və Özbəkistan prezidenti də ölkəmizə səfər edib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov dövlət başçısı İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA verdiyi geniş müsahibəni şərh edərkən deyib. O bildirib ki, Bakı və Daşkənd əlaqələri strateji müttəfiqlik səviyyəsindədir:

“Bu gün Azərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf edir. Bu gün həm Azərbaycan Özbəkistana müxtəlif sahələr üzrə investisiyalar yatırır, həm də Özbəkistana Azərbaycana böyük investisiyalar etməkdədir. İki ölkə lideri arasında da yüksək səviyyəli münasibətlər var. Bu gün Özbəkistanın Xankəndidə müəssisələri faəliyyət göstərir. Özbəkistan həmçinin Füzulinin yenidən qurulmasında və inkişafında öz töhfələrini verib. Bu mənada biz deyə bilərik ki, Bakı və Daşkənd əlaqələri strateji müttəfiqlik səviyyəsindədir”. Dördpendirli pizza

C. Məmmədov vurğulayıb ki, dövlət başçısının səsləndirdiyi fikirlər iki qardaş ölkənin əlaqələrinin necə sürətlə inkişaf etdiyini bir daha göstərir:

“Bu əlaqələr bütün sahələrdə özünü göstərir. Energetika, enerji təhlükəsizliyi və digər məsələlər üzrə iki qardaş ölkənin əməkdaşlığı inkişaf etməkdədir. Azərbaycan və Özbəkistan həm də təhlükəsizlik və hərbi sahədə də əməkdaşlığını görürük. Cənab Prezidentin son müsahibəsi bu mənada xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər iki qardaş ölkənin əlaqələrinin necə sürətlə inkişaf etdiyini bir daha göstərir. Bu həm də onu göstərir ki, Cənab Prezident Türk dövlətləri ilə əlaqələrin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!