Bakının Sabunçu rayonunda 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Toyuqlu pizza
Məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi təmir işləri yekunlaşanadək Asif Əsədullayev küçəsində, Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığında təyin edilib.
Təmir işləri başa çatdıqdan sonra marşrutun əvvəlki hərəkət sxeminə qaytarılması nəzərdə tutulur.
Aytac Əliyeva
Telegram kanalımız