Böyük Britaniya hərbçiləri ilk dəfə olaraq pilotsuz sualtı aparatdan ağır torpeda (öz mühərriki, idarəetmə sükanı və pəri olan, gəmiləri və sualtı qayıqları suyun altından vurmaq üçün nəzərdə tutulmuş hərbi sursat - red.) buraxıblar.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The i Paper" nəşri məlumat yayıb.
Məlumata görə, torpeda Böyük Britaniya ərazi sularında ABŞ Hərbi Dəniz Qüvvələrinin 12 metrlik "Excalibur" sualtı dronundan buraxılıb. ABŞ və Avstraliya ilə birgə hazırlanan bu silah gəmilərin və dərin sualtı qayıqların məhv edilməsi üçün nəzərdə tutulub. Dördpendirli pizza
Sınaq Böyük Britaniya və ABŞ tərəfindən Avstraliyanın "AUKUS" şirkəti ilə müdafiə tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Sözügedən şirkət yeni nəsil sualtı qayıqlar, süni intellekt sistemləri və pilotsuz sualtı aparatların hazırlanması ilə məşğul olur. Bu, torpedanın adi ekipajlı sualtı qayıqdan deyil, pilotsuz sualtı aparatdan buraxıldığı ilk haldır.
Hazırda dəniz sınaqlarından keçən "Excalibur" dronu Plimutda inşa edilib və təxminən 10 min mil məsafədən uzaqdan idarə oluna bilər.
Hökumət uğurlu sınağı Avro-Atlantik təhlükəsizliyi və NATO-nun sualtı imkanları üçün "əhəmiyyətli irəliləyiş" adlandırıb./Oxu.az
Telegram kanalımız