Mütəxəssislər saç tökülməsindən əziyyət çəkənlər üçün təbii və effektiv vasitələrdən birini açıqlayıblar.
“Yeni Sabah” xəbər verir ki, aparılan tədqiqatlara görə, mətbəximizin əvəzolunmaz tərəvəzlərindən olan ispanaq saç köklərinin bərpası və tökülmənin qarşısının alınmasında müstəsna rola malikdir.
Tərkibindəki zəngin A və C vitaminləri, dəmir, fol turşusu və antioksidantlar sayəsində ispanaq saç dərisini qidalandırır, qan dövranını sürətləndirir və saç folikullarını möhkəmləndirir. Xüsusilə dəmir çatışmazlığından qaynaqlanan saç tökülmələrində bu bitkinin mütəmadi istifadəsi zəruri hesab olunur. pizza mizza
Dermatoloqlar bildirirlər ki, ispanağı həm gündəlik qida rasionuna daxil etmək, həm də maska formasında saç dərisinə tətbiq etmək qısa müddətdə nəzərəçarpan müsbət nəticə verir.
Nazim Hacıyev
Telegram kanalımız