“Əsas məsələ ölçünün çöldən, yoxsa içəridən aparılmasıdır. Bu qayda çıxarışlı ev və mənzillərə aid deyil. Çünki çıxarışda hansı sahə göstərilibsə, ölçü də həmin göstəriciyə əsasən aparılır".
Bunu "Yeni Sabah"a əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib.
O, daşınmaz əmlak bazarında mənzil və ya fərdi ev sahəsinin hesablanması ilə bağlı mübahisələrə aydınlıq gətirib. pizza sifarişi
Qeyd edək ki, bəzi satıcılar evin sahəsini xarici divarlar da daxil olmaqla, hesablayır, digərləri yalnız daxili istifadə sahəsini əsas götürür.
E.Azadov bununl bağlı qeyd edib: "Fərdi və köhnə evlərin sökülməsi zamanı fərqli hallar yaranır. Məsələn, şəhərin mərkəzində yerləşən bəzi həyət evlərinin xarici divarlarının qalınlığı 70-80 santimetr, hətta 1 metr ola bilir. Belə hallarda yanaşma fərdi qaydada müəyyən edilir. Çünki həmin divarların qanuni olması əmlakın dəyərinə təsir göstərə bilər.
Yeni tikililərə gəldikdə isə, tikinti şirkətləri mənzilləri satarkən sahəni xarici və daxili divarlarla birlikdə hesablayırlar. Lakin bu, qanunvericiliyin tələblərinə uyğun deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, mənzilin sahəsi hesablanarkən xarici və daxili divarların sahəsi nəzərə alınmamalıdır. Balkon və terras sahələri isə müəyyən edilmiş əmsallarla hesablanmalıdır”.
Aytac Əliyeva
Telegram kanalımız