Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanan 2026-cı ilin 10 ayının sosial göstəriciləri ölkədə məşğulluğun təmin olunması və əmək bazarının tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını açıq şəkildə nümayiş etdirir.
“Yeni Sabah” xəbər verir ki, həmin dövr ərzində respublika üzrə ümumilikdə 548 mindən çox şəxs müxtəlif aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuşdur ki, bu da əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlmiş dövlət dəstəyinin genişləndiyini göstərir.
Təqdim olunan rəqəmlərə əsasən, bu tədbirlər dörd əsas istiqamət üzrə həyata keçirilmişdir. Bunlardan ən böyük payı 362,7 min nəfərlə peşəyönümü xidmətləri təşkil edir ki, bu da vətəndaşların düzgün peşə seçimi etməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin mühüm tərkib hissəsi olan işlə təminat istiqaməti üzrə 164 min şəxs müvafiq iş yerləri ilə əlaqələndirilmişdir. Online shopping Azərbaycan
Bununla yanaşı, vətəndaşların peşəkar bacarıqlarının artırılması və onların özünəməşğulluq imkanlarının genişləndirilməsi diqqətdə saxlanılmışdır. Qeyd olunan 10 ay ərzində 15 min şəxs peşə hazırlığı kurslarına cəlb olunmuş, 6,6 min şəxs isə özünəməşğulluq proqramı çərçivəsində kiçik biznes və təsərrüfatlarını qurmaq üçün dəstək almışdır.
Cəlalə Cəlalqızı
Telegram kanalımız