Emin Əmrullayev müəllimlərə müraciət etdi: Əsas meyar...

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev müəllimlərə müraciət etdi: Əsas meyar...

Sosial

17 Noyabr 2026 11:31 145


Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov və nazirliyin əməkdaşları da iştirak ediblər.

Görüş zamanı son illərdə ölkənin təhsil sistemində həyata keçirilən islahatlar, təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması, müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub. Bakıda online alış-veriş

Emin Əmrullayev Naxçıvanda təhsilin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün bərabər imkanların yaradılması və müasir dövrün təhsil sisteminin qarşısında qoyduğu tələblər barədə fikirlərini bölüşüb.

Nazir təhsilin əsas məqsədlərindən birinin şagirdlərin şəxsiyyət kimi formalaşması olduğunu vurğulayıb. Bildirib ki, uşağın hansı ailədə və hansı bölgədə dünyaya gəlməsindən asılı olmayaraq təhsil ona gələcəkdə uğur qazanmaq üçün bərabər imkanlar yaratmalıdır.

Təhsilin keyfiyyətinə toxunan Emin Əmrullayev müasir dövrdə şagirdlərə yalnız mövcud biliklərin ötürülməsinin kifayət etmədiyini, tədrisin məzmununun dəyişən dünyanın tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Süni intellektin inkişafının təhsilin qarşısında yeni çağırışlar yaratdığını bildirən nazir şagirdlərdə müstəqil düşünmə, problemləri təhlil etmə və onların həlli yollarını tapmaq bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Emin Əmrullayev müəllim fəaliyyətinin qiymətləndirilməsində əsas meyarın şagirdlərin öyrənmə nəticələri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təhsil sistemində qəbul edilən qərarların başlıca məqsədi şagirdlərin daha keyfiyyətli təhsil almalarına xidmət etməkdir.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!