Naxçıvanda idarəetmə dəyişir: 180-dən çox qərar ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda idarəetmə dəyişir: 180-dən çox qərar ləğv olundu

Siyasət

17 Noyabr 2026 11:19 176


Naxçıvan Muxtar Respublikasında idarəetmə sisteminin yenilənməsi istiqamətində köhnə normativ-hüquqi aktların ləğvi prosesi davam edir. Sentyabrın 23-dən noyabrın 11-dək Nazirlər Kabinetinin qəbul etdiyi 15 qərarla əvvəlki illərə aid ümumilikdə 180-dən çox qərar ləğv olunub.

“Yeni Sabah”  Modern.az-a istinadən xəbər verir ki, ləğv edilən qərarlar əsasən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində qəbul olunmuş sənədləri əhatə edir. Bu sənədlər muxtar respublikada müxtəlif dövlət qurumlarının fəaliyyətinin təşkili, idarəetmə strukturları, ştat cədvəlləri, maliyyələşdirmə, tariflər və digər inzibati məsələlərlə bağlı olub.

Proses xüsusilə oktyabr və noyabr aylarında intensivləşib. Belə ki, oktyabrın 13-də qəbul edilən dörd qərarla 49, noyabrın 11-də qəbul edilən üç qərarla isə daha 45 qərar ləğv edilib. Elektronika məhsulları

Ləğv edilən sənədlər arasında vaxtilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş müxtəlif nazirliklərin, dövlət komitələrinin, idarələrin və müəssisələrin strukturunu, ştat sayını və fəaliyyət qaydalarını müəyyən edən qərarlar da var.

Eyni zamanda, noyabrın 5-də qəbul edilmiş ayrıca qərarla Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi ləğv olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!