Parlamentdə büdcə müzakirəsi: yaşayış minimumu və ehtiyac meyarı...

saytların hazırlanması

Evə çatdırılma

Parlamentdə büdcə müzakirəsi: yaşayış minimumu və ehtiyac meyarı...

İqtisadiyyat

17 Noyabr 2026 11:06 67


Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və əlaqəli maliyyə sənədlərinin müzakirəsi davam edir.

"Yeni Sabah" xəbər verir ki parlamentin noyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcələri, həmçinin gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri daxil edilib. Bundan başqa, iclasda bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.

Gündəliyə, eyni zamanda, Milli Məclisin və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələri salınıb. İnternet mağaza

Xatırladaq ki, parlamentin noyabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi noyabrın 18-də də davam etdiriləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!