Noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət almasına səbəb qəzaya dair cinayət işi başlanılıb.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Aşağı Əylis kəndi yaxınlığında "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev ölüb, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Zeynalov xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Online shopping Azərbaycan
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.
Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir.
Telegram kanalımız