Argentinanın “Eseysa” klubunun 18 yaşlı futbolçusu Abel Qamarra Nunes vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, o, noyabrın 12-də yeniyetmələr arasında keçirilən matç zamanı başından aldığı zədədən sonra komaya düşüb.
“Deportivo Munis”–“Eseysa” matçının 20-ci dəqiqəsində rəqib müdafiəçinin uzaqlaşdırdığı top Nunesin başına dəyib. Gənc futbolçu zərbədən sonra huşunu itirərək yerə yıxılıb. Online shopping Azərbaycan
Ona meydanda ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Müayinələr zamanı kəllə sümüyünün sınığı və kəllədaxili qanaxma aşkarlanıb. Futbolçu təcili neyrocərrahiyyə əməliyyatı keçirib, lakin üç gün reanimasiyada qaldıqdan sonra vəfat edib.
Telegram kanalımız