Polis 40-dan çox adamı saxladı – Görün siyahıda   kimlər var?!

saytların hazırlanması

Evə çatdırılma

Polis 40-dan çox adamı saxladı – Görün siyahıda kimlər var?!

Kriminal

02 Oktyabr 2026 10:12 93


Oktyabrın 1-də Azərbaycanda polis əməkdaşları tərəfindən bir sıra cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar keçirilib.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, gün ərzində ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub. Dördpendirli pizza

Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 63 nəfərin borclu şəxs qismində axtarışda olduğu qeyd edilib.

Həmçinin narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!