Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.
"Yeni Sabah" xəbər verir ki, meyit Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Toyuqlu pizza
Araşdırma zamanı meyiti aşkarlanan şəxsin 1980-ci il təvəllüdlü rayon sakini Z.Yolçiyev olduğu müəyyənləşdirilib.
Cəsəd müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız