“Sarışın gözəl” həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Sarışın gözəl” həbs olundu

Kriminal

23 Sentyabr 2026 17:13 147


Sosial şəbəkədə əxlaq normalarını pozan daha bir tiktoker həbs olunub.

"Yeni Sabah" lent.az-a istinadla xəbər verir ki, Almaz Maqsudova tiktok sosial şəbəkəsində özünə məxsus "Sarışın gözəl" profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib.

Maqsudova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub. Pepperoni pizza

Göyçay rayon məhkəməsinin qərarı ilə "Sarşın gözəl" barəsində 10 gün müddətinə inzibati həbs qərarı çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!