Türkiyə İraqdakı hərbi bazasını tərk edir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İraqdakı hərbi bazasını tərk edir

Dünya

24 Sentyabr 2026 09:36 96


Türkiyə və İraq hökumətləri Nyu-Yorkda keçirilən ikitərəfli danışıqlar çərçivəsində mühüm hərbi-siyasi razılıq əldə ediblər.

“Yeni Sabah” xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda yerləşən Başika–Zilkan hərbi düşərgəsindən mərhələli şəkildə geri çəkilməsi və ərazinin tam olaraq İraq mərkəzi hökumətinə təhvil verilməsi nəzərdə tutulur.

Görüşdə tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər. İraqın şimalında "qanunsuz silahlı elementlərin" və terror təhlükəsinin tamamilə aradan qaldırılması istiqamətində Ankara və Bağdad arasında birgə əməkdaşlığın qərarlılıqla davam etdiriləcəyi vurğulanıb. Sezar pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!