Xoşqədəm Baxşəliyeva deputatları ələ saldı: “Bloqer olmaq istəyirlər?”

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm Baxşəliyeva deputatları ələ saldı: “Bloqer olmaq istəyirlər?”

Şou

17 Noyabr 2026 15:33 77


Aparıcı Xoşqədəm Baxşəliyeva bəzi deputatların problemlərindən danışmağa başlamasına ironik münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək illərdir təmsil etdiyi rayonların müşkllərinə diqqət yetirməyən, parlamentdə əsasən tərifləri ilə yadda qalan deputatların birdən-birə fəallaşmasını təəccüblə qarşılayıb:

“İllərlə susub oturan, yaxud Ramiz Ənvəroviç kimilərə tərif söyləməklə kifayətlənən bəzi deputatlar birdən-birə danışmağa başlayıblar. Özü də seçicilərin problemlərindən. Heyrət içindəyəm! Sərfəli qiymətə məhsullar

Bəlkə siz deyəsiniz, görəsən, illərdir seçildikləri rayonların problemlərini görməyən, parlamentdə isə ancaq tərif söyləməklə yadda qalan bəzi deputatlara nə olub? Yeməklərinə nəsə qatılıb, yoxsa vaxtları daralıb? Bu yolla gündəmə gəlib, sonra bloqerliyə keçmək istəyirlər? Bilən varsa, məni də agah etsin!”

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!