İşsizlərə ayrılan pullarla bağlı Fazil Mustafadan xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

İşsizlərə ayrılan pullarla bağlı Fazil Mustafadan xəbərdarlıq

Sosial

17 Noyabr 2026 15:49 43


Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa Dövlət Sosial Müdafiə Fondunun dayanıqlı gəlirlər əldə etməsi üçün investisiya imkanlarının genişləndirilməsinin və mövcud idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin vacib olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentari sosial müdafiə xərclərinin artırılmasını və dövlət tərəfindən həyata keçirilən sosial təminat tədbirlərinin daha əlçatan olmasını müsbət addım kimi qiymətləndirərək, sözügedən istiqamət üzrə xərclərin 789 milyon manat artırılaraq 9,2 milyard manata çatdırıldığını diqqətə çatdırıb. Dövlət Sosial Müdafiə Fondunun investisiya fəaliyyətinə toxunan F.Mustafa fondun investisiya gəlirlərinin 2025-ci ildə 120 milyon manat, 2026-cı ilin ilk yarısında isə 60 milyon manat təşkil etdiyini qeyd edib və bu imkanların daha da genişləndirilməsinin sabit gəlir mənbələrinin formalaşmasına şərait yaradacağını vurğulayıb.

Çıxışında birdəfəlik sosial müavinətlərin məbləğinin artırılmasını təqdir edən deputat uşağın anadan olmasına görə verilən müavinətin 600 manatdan 1500 manata yüksəldilməsini ailələrə mühüm dəstək kimi dəyərləndirib. O bildirib ki, hamiləlik, doğuş və körpənin dünyaya gəlməsi ilə bağlı xərclər, xüsusilə özəl tibb müəssisələrinin xidmətlərindən istifadə zamanı ailələr üçün əlavə maliyyə yükü yaradır. İnternet mağaza

 Parlamentari, həmçinin dəfn müavinətinin 1200 manata çatdırılmasını da müsbət hal kimi qeyd edib.

F.Mustafa İşsizlikdən Sığorta Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirərək, fondun əsas funksiyasının məhz işsizliyə görə sığorta ödənişlərinin təmin edilməsindən ibarət olduğunu və fəaliyyətdə bu istiqamətə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!