Xarici ölkələrdə yüksək əməkhaqqı vəd edən qeyri-rəsmi iş elanları insanları əmək istismarı və insan alveri təhlükəsi ilə üz-üzə qoya bilər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) xəbərdarlıq edib.
Nazirlik vətəndaşları xaricdə iş təklif edən vasitəçilərin fəaliyyətini yoxlamağa çağırıb. Bildirilib ki, vasitəçinin dövlət reyestrində qeydiyyatda olub-olmadığını Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında yerləşən reyestrlər bölməsindən öyrənmək mümkündür. Online alış-veriş
Vətəndaşlara xarici ölkəyə gedərkən şəxsiyyəti təsdiq edən sənədləri daim özlərində saxlamaq, gedəcəkləri ölkə və işləyəcəkləri yer barədə yaxınlarını məlumatlandırmaq tövsiyə olunub.
ƏƏSMN xatırladıb ki, insan alverçiləri qurbanlarını əsasən yüksək əməkhaqqı vəd edən iş təklifləri, nikah vədləri və digər aldadıcı vədlərlə tora salırlar. Bu səbəbdən qeyri-rəsmi təkliflərə etibar etməmək və əvvəlcədən bütün məlumatları yoxlamaq vacibdir.
Aytac Əliyeva
Telegram kanalımız