Bakıda qeyri-adi svetaforlar quraşdırıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qeyri-adi svetaforlar quraşdırıldı - VİDEO

Sosial

07 Noyabr 2024 16:24 703


Bakıda yeni nəsil piyada svetoforları quraşdırılıb.

Yenisabah.az xəbər verir ki, svetaforlar "28 Mall" ticarət mərkəzinin qarşısında quraşdırılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, metronun "28 May" stansiyasının yaxınlığında ümumilikdə 12 ədəd belə svetoforlar işə salınıb. Bu svetoforların piyada bölməsinin alt hissəsinə quraşdırılan LED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırır. Nəticədə piyada zolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətli olurlar. Bu cür svetoforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub. Ümumilikdə Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, 3 ədəd velosiped svetoforları quraşdırılıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!