Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 milyon 200 min manat məbləğində proqnozlaşdırılır.
Sənəddə göstərilib ki, bu xərclərin maliyyələşmə mənbəyini fondun 2027-ci il büdcəsinin 268 milyon 900 min manat həcmində proqnozlaşdırılan gəlirləri, həmçinin fondun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən gələn ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək 50 milyon 300 min manat vəsait təşkil edəcək. Sərfəli qiymətə məhsullar
Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda təsdiqlənib.
Nazim Hacıyev
Telegram kanalımız