Rusiya internet xidmətlərində genişmiqyaslı fasilələr yaranıb.
"Yeni Sabah" xəbər verir ki, buna "Timeweb" və "Timeweb Cloud" hostinq infrastrukturundakı şəbəkə problemi səbəb olub.
Rusiyanın regionlarında rabitədə və hətta evlərdə Wi-Fi şəbəkəsində də kəsintilə qeydə alınıb. İnternetdən sifariş
"Timeweb" hostinq provayderinin Şirkət əsas problemin həll olunduğunu bildirsə də, mühəndislər qalan xidmətləri bərpa etmək üçün hələ də çalışırlar: "Şəbəkə problemi həll edilib və əksər xidmətlər yenidən işə düşüb. Mühəndislər qalan xidmətləri bərpa etməyə davam edirlər".
Hadisə Sankt-Peterburq, Moskva, Almaniya, Hollandiya və Qazaxıstan da daxil olmaqla, bir neçə zonaya təsir edib. Şirkət əksər xidmətlərin artıq bərpa olunduğunu bildirib.
Əvvəllər istifadəçilər veb saytlara və "Google", "Discord", "Twitch" və "DeepSeek" də olmaqla, bir neçə əsas platformaya daxil olmaqda yaranan problemlərdən kütləvi şəkildə şikayət ediblər. Keçidlər bank xidmətlərinə və kəsintiləri izləmək üçün istifadə edilən "Downdetector"a da təsir edib. Təxminən 700.000 Rusiya veb saytı bağlanmaq təhlükəsi ilə üzləşib. Problemlər "Timeweb"in avadanlığında yaranan nasazlıqdan qaynaqlanıb. Şirkət bu gün üçün məlumat mərkəzlərindən birində soyuducunun dəyişdirilməsini planlaşdırmışdı.
Telegram kanalımız