İndi hər şey Türkiyədən asılıdır - Rubinyan

saytların hazırlanması

Evə çatdırılma

İndi hər şey Türkiyədən asılıdır - Rubinyan

Dünya

17 Noyabr 2026 16:04 65


Ermənistan bu gün Türkiyə ilə sərhədini açmağa və diplomatik münasibətlər qurmağa hazırdır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyan bildirib.

"İndi hər şey Türkiyədən asılıdır", - deyə Rubinyan vurğulayıb. Sərfəli qiymətə məhsullar

Onun sözlərinə görə, Marqara-Əlican sərhəd keçid məntəqəsinin hər iki tərəfindəki keçid məntəqələri bərpa edilib və istifadəyə hazırdır. Rubinyan bildirib ki, Türkiyə tərəfi öz ərazisindən Ermənistan sərhədinə qədər uzanan Qars-Gümri dəmir yolu hissəsinin yenidən qurulmasına başlayıb:

"Xoş xəbər budur ki, Türkiyə tərəfi Qars-Gümriyə, yəni dəmir yolunun öz tərəfindən sərhədimizə qədər yenidən qurulmasına başlayıb və ən azından mənim son məlumatıma görə, işlər tam sürətlə davam edir".

Milli Məclis sədri münasibətlərin normallaşması prosesinin davam etdiyini və Xarici İşlər Nazirlikləri səviyyəsində danışıqların aparıldığını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!