Bu il Azərbaycanda elmi dərəcə və elmi ad verilən alimlərin sayı açıqlanıb.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq, Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, 2026-cı ilin birinci rübü ərzində 183 nəfərə elmi dərəcə və elmi adlar verilib.
Onlardan 132 nəfəri fəlsəfə doktoru, 16-sı elmlər doktoru elmi dərəcəsi, 29 nəfər dosent, 6 alim isə professor adına layiq görülüb.
Bundan başqa, 22 nəfərin (20 fəlsəfə doktoru, 2 professor) xarici ölkələrdə verilən elmi dərəcə və elmi adlarının təkrar attestasiya əsasında tanınmasına dair qərar qəbul edilib.
Ali Attestasiya Komissiyasından sorğuya cavab olaraq, vurğulanıb ki, bu il 66 nəfərə elmi dərəcələrin və elmi adların verilməsindən imtina olunub.
Onlardan 52-si fəlsəfə doktoru, 4-ü elmlər doktoru, 10 dosentdir.
Xarici ölkələrdə verilən elmi dərəcələrin təkrar attestasiya əsasında 3 nəfərin elmi dərəcəsinin tanınmasından imtina edilib. Onlardan 2-si fəlsəfə doktoru, 1-i elmlər doktorudur.
Aytac Əliyeva
Telegram kanalımız