Əhaliyə ŞAD XƏBƏR -   500 manat qazana biləcəksiniz

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR - 500 manat qazana biləcəksiniz

Sosial

13 May 2026 10:02 235


Bakıda foto həvəskarları üçün maraqlı müsabiqəyə start verilib. Dənizkənarı Bulvar İdarəsi Bakı bulvarının ən rəngarəng sakinləri sayılan tutuquşulara həsr olunan fotomüsabiqə elan edib.

"Yeni Sabah" xəbər verir ki, müsabiqədə iştirak edən şəxslər 500 manatadək pul mükafatı qazana biləcəklər.

Müsabiqə çərçivəsində iştirakçılar mayın 30-dək Dənizkənarı Milli Park ərazisində müşahidə etdikləri tutuquşuları ən yaradıcı və estetik formada fotoobyektivə köçürməlidirlər. Münsiflər heyəti tərəfindən seçilən ən uğurlu 3 fotonun müəllifi qalib elan olunacaq. pizza hut

Qaliblər üçün nəzərdə tutulan mükafatlar isə belədir

I yer — 500 manat

II yer — 300 manat

III yer — 200 manat

Müsabiqənin şərtlərinə əsasən, hər iştirakçı yalnız bir foto təqdim edə bilər. Fotolar yalnız 8 may-30 may tarixləri arasında Dənizkənarı Milli Parkda çəkilməlidir. Daha əvvəl çəkilmiş şəkillər qəbul olunmayacaq.

Bundan əlavə, fotolarda süni intellekt, montaj və ya süni obyekt əlavəsi kimi ciddi manipulyasiyalara icazə verilmir. Yalnız işıq, kontrast və rəng balansı kimi minimal düzəlişlərə yol verilir. Fotolar üzərində müəllif imzası və loqo da olmamalıdır.

İştirakçılar çəkdikləri fotoları Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytında yerləşdirilən keçid vasitəsilə və ya events@bulvar.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqənin qalibləri iyunun 10-da açıqlanacaq. Nəticələr Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!