Paşinyan hökumətində hamı iynə üstündə oturub - İddia

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan hökumətində hamı iynə üstündə oturub - İddia

Dünya

16 May 2025 12:05 353


Yaxın vaxtlarda hakim komandada - "Vətəndaş müqaviləsi" partiyasında təkcə kadr deyil, həm də hökumətin tərkibində dəyişikliklər gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

Erməni nəşri qeyd edib: “Nikol Paşinyan bütün nazirliklərdə əhəmiyyətli yeniliklər həyata keçirmək qərarına gəlib. Hökumətə tabe olan qurumlarda vəziyyət son dərəcə gərgindir. Müxtəlif strukturlarda irimiqyaslı yoxlamalar aparılır. Çoxlu sənədlər tələb olunur. Mənbələrimizin bildirdiyinə görə, dosyelər toplanaraq şəxsən Paşinyana təhvil verilir. Sezar pizza

Dövlət idarələrində xüsusi ehtiyatlılıq müşahidə olunur. Çoxsaylı işçilərə müxtəlif şöbələrdən zənglər gəlir ki, sənədlərini qaydasına salsınlar və sürprizlərə hazır olsunlar.

Bu “nəzarət əməliyyatı” İrəvanın inzibati rayonlarını da əhatə edir. Baş nazir artıq komanda yoldaşlarına prosedurlara ciddi əməl etmək və xüsusi sayıqlıq nümayiş etdirmək zərurəti ilə bağlı açıq şəkildə xəbərdarlıq edib.

Hakimiyyətyönlü dairələrdən gələn xəbərlər göstərir ki, Paşinyana inzibati rayonlarda qurulan ciddi korrupsiya sxemləri ilə bağlı xəbərdarlıqlar edilib. Ona görə də orada gərginlik var. Bir çox insanlar hesabatlarını tez bir zamanda qaydasına salmaqla mümkün aşkarlanmanın qarşısını almağa çalışırlar.

Bu genişmiqyaslı “təmizləmə”nin nə qədər uzağa gedəcəyi və hədəfin kim olduğu hələ bəlli deyil. Ancaq fakt budur ki, Baş nazir idarəetmə rıçaqlarından istifadə etmək və komandada "təmizləmə" aparmaqda ciddidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!