Rusiyada taun: Karantin elan olunub?

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada taun: Karantin elan olunub?

Dünya

06 Oktyabr 2026 10:00 128


"Rospotrebnadzor" (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) İrkutsk vilayətində gücləndirilmiş sanitar-epidemioloji tədbirlərin və sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı məlumatı "yalan" adlandırıb.

"Yeni Sabah" xəbər verir ki, qurum hazırda belə bir qərarın qəbul edilmədiyini vurğulayıb.

"İrkutsk və Şelexov şəhərləri də daxil olmaqla, İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyət sabitdir", - "Rospotrebnadzor"dan bildirilib. Dominos pizza

Xatırlatma: oktyabrın 4-də Sibir və Uzaq Şərq üzrə İrkutsk Taun Əleyhinə İnstitutunun naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulmuş işçisinin işi ilə əlaqədar xüsusi tədbirlər kompleksi təşkil edilib və həyata keçirilib. Geniş testlər xəstənin nümunəsində onun peşə fəaliyyəti ilə əlaqəli heç bir mikroorqanizm aşkar etməyib.

İrkutsk Taun Əleyhinə İnstitutunda bioloji təhlükəsizlik tələblərinə riayət olunmasını izləyən komissiya patogen mikroorqanizmlərlə bağlı heç bir fövqəladə hal aşkar etməyib. Bu komissiyanın nəticələri "Rospotrebnadzor" rəhbəri Anna Popovanın tələbi ilə instituta göndərilən ekspert komissiyası tərəfindən təsdiqlənib.

Oktyabrın 5-də Rospotrebnadzor İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyətin sakit olduğunu, Taunla Mübarizə İnstitutunun işçilərinin təmasda olanlarının 60%-nin tibbi müşahidəsinin başa çatdığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!