Bazardan balıq alanların diqqətinə! - Bu məhsul təhlükəli ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Bazardan balıq alanların diqqətinə! - Bu məhsul təhlükəli ola bilər

Sağlamlıq

16 Sentyabr 2026 15:12 86


Balıq alarkən yalnız görünüşünə baxmaq düzgün deyil. İlk baxışda təzə görünən balıq əslində xarab ola bilər və sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

“Yeni Sabah” xəbər verir ki, balığın təzə olub-olmadığını müəyyən etmək üçün alarkən bir neçə vacib məqama diqqət etmək lazımdır.

Təzə balığın gözləri parlaq, canlı və qabarıq olur. Gözlər çökübsə, bulanıqlaşıbsa və ya mat görünürsə, balığın təzəliyinə şübhə etmək olar. Dominos pizza

Balığın başındakı qapağı ehtiyatla qaldıraraq qəlsəməsinə baxmaq olar. Təzə balığın qəlsəmələri canlı qırmızı və ya çəhrayı rəngdə olur. Qəlsəmələr boz və ya tünd rəng alıbsa, üzərində selik varsa, bu, balığın köhnəldiyini göstərə bilər.

Balığın ətinə yüngülcə barmaqla basdıqda iz qalırsa və ət əvvəlki formasına qayıtmırsa, həmin balıq təzə deyil. Təzə balığın əti bərk olur və basdıqdan sonra qısa müddətdə əvvəlki vəziyyətinə qayıdır.

Təzə balığın qoxusu çox kəskin olmamalıdır. Yüngül dəniz qoxusu normal hesab olunur. Əgər balıqdan kəskin, turş və ya ammonyakı xatırladan ağır qoxu gəlirsə, onu almaq məsləhət deyil.

Təzə balığın dərisi parlaq və gərgin, pulcuqları isə bədəninə möhkəm yapışmış olur. Pulcuqlar asanlıqla tökülürsə və dəri öz parlaqlığını itiribsə, bu da balığın təzə olmadığını göstərə bilər.

Balıq təmizlənərkən sümükləri ətdən çox asan ayrılırsa və daxili orqanları dağılmış vəziyyətdədirsə, onun xarab olmağa başladığından şübhələnmək olar. Təzə balıqda sümüklər ətə möhkəm bağlı olur.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!