Bu şəxsə iki qurumda birdən yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxsə iki qurumda birdən yüksək vəzifə verildi

İqtisadiyyat

14 Sentyabr 2026 15:00 111


“Azergold” QSC-də korporativ katib vəzifəsinə təyinat olub.  

Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Kənan Xəlilzadəyə həvalə olunub. 

K.Xəlilzadə eyni zamanda Azərbaycan İnvestisiya Holdinqinin Hüquq direktoru təyin edilib.   Toyuqlu pizza

Qeyd edək ki, K.Xəlilzadə bundan öncə (2025-2026-cı illər) Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin rəhbəri olub. O, 2023-2025-ci illərdə “Azərlotoreya” ASC-də, 2021-2023-cü illərdə isə, “Veysəloğlu Şirkətlər Qrupu”nda müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün deyək ki, "AzerGold" 2016-cı ildə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindədir. Şirkətin Müşahidə Şurasının sədri Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin sədri Mətin Eynullayev, İdarə heyətinin sədri isə, Zakir İbrahimovdur. "Azergold"un nizamnamə kapitalı 278 300 000 manatdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!