Dəhşətli rəqəm - 117 milyon insan evindən didərgin düşüb

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli rəqəm - 117 milyon insan evindən didərgin düşüb

Dünya

26 Sentyabr 2026 21:01 137


Dünyada münaqişə və zorakılıqlar səbəbindən evini tərk etməyə məcbur qalan insanların sayı 117 milyonu keçib.

“Yeni Sabah” xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Barham Salih Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına məlumat verib. Salih bildirib ki, dünyada 117 milyondan çox insan münaqişə, zorakılıq, təqib və təhlükəsizliyinə yaranan digər təhdidlər səbəbindən yaşadığı ərazidən didərgin düşüb.

O qeyd edib ki, münaqişələrin sayı artır və bir çoxu əvvəlkindən daha uzun müddət davam edir. Siyasi həll yollarının tapılmaması isə insanların illərlə evlərindən uzaqda qalmasına səbəb olur. pizza sifarişi

“Ümid etdikləri kimi müvəqqəti olacaq bir böhran səbəbindən evlərini tərk edən milyonlarla insan illərlə, hətta bəzən nəsillər boyu didərgin vəziyyətdə qalır”, - deyə Salih bildirib. BMT rəsmisi vurğulayıb ki, bu məsələ yalnız humanitar problem deyil.

“Əsasən beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir çağırışdır”, - deyə o əlavə edib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!