Nazilə Səfərli məclislərdən birində Xalq artisti Aygün Kazımovanın başına üzərlik çevirərkən gözlənilməz hadisə ilə üzləşib.
“Yeni Sabah” xəbər verir ki, şairə bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, üzərliyi əvvəlcədən nəzərdə tutulan proqram çərçivəsində bütün zalda fırladıb. Lakin heç kimin yanında alışmayan üzərlik Aygün Kazımovanın başına çevirilərkən qəfil alovlanıb. Toyuqlu pizza
N.Səfərli alovun əllərinə də sıçradığını, amma səhnəni problemsiz tərk etdiyini qeyd edib:
“Üzərlik gəlin üçün yandırılır. Öncədən deyilmiş proqram idi. Bütün zalı dolaşdım üzərliklə. Heç kim üçün alışmadı, Aygün xanımın göz-nəzərini götürüb elə alışdı ki, əllərimdə məşələ döndü. Alov əlimə sıçrasa da, qamətimi dəyişmədən səhnəni tərk etməyi bacardım”.
O, üzərliyi təhlükəsiz şəkildə söndürdüklərini və hadisənin daha ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
“Çox şükür, heç yerə toxundurmadan da ocağı söndürməyə müvəffəq olduq. Bir balaca təlaşım olsaydı, əlim əssəydi, yaxud büdrəsəydim, böyük yanğına səbəb ola bilərdi. Hər yer parça idi. İndi, iraq olsun, xəbərlərdə idik. Üzərliyin alışması gözlənilməz oldu. Şükür, yaxşı qurtardıq”.
Aydan Hacı
Telegram kanalımız