Mina qurbanlarının sayı 433 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Mina qurbanlarının sayı 433 nəfərə çatdı

Hadisə

03 Avqust 2026 15:54 92


2020-ci ildən bəri Azərbaycanda mina partlayışları nəticəsində zərərçəkənlərin sayı 433 nəfərə çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, daha bir mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşı ağır yaralanıb. Qeyd edilib ki, 2020-ci il Vətən müharibəsindən sonra Ermənistanın mina çirklənməsi səbəbindən ümumilikdə 433 nəfər mina qurbanı olub. pizza hut

XİN vurğulayıb ki, baş verən son hadisə minaların yaratdığı davamlı humanitar təhlükəni və günahsız insanların hər gün üzləşdiyi riskləri bir daha nümayiş etdirir.

Paylaşımda beynəlxalq ictimaiyyət minalardan təmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırılıb. Qeyd olunub ki, minalardan azad gələcəyin təmin edilməsi davamlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!