Prokuror Saleh Səmədova 9 il həbs istədi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror Saleh Səmədova 9 il həbs istədi

Kriminal

30 Sentyabr 2026 16:04 71


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.

Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Sezar pizza

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 7-ə təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!