“Qalatasaray”a mövsüm öncəsi şok

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”a mövsüm öncəsi şok

İdman

14 Avqust 2026 10:27 27


Qalatasaray"ın əsas simalarından olan Lukas Torreyra klubdan ayrıla bilər.

“Yeni Sabah” xəbər verir ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi təhlükəsizliyi ilə bağlı yaranan ciddi problem səbəbindən İstanbul nəhəngindən ayrılmağı düşünür.

Belə ki, bu ilin mayın 12-də İstanbuldakı ticarət mərkəzlərindən birində bir nəfər Torreyraya hücum edib və həmin şəxs daha sonra həbs olunub. Lakin bu həftənin çərşənbə günü azadlığa çıxan təcavüzkar futbolçunun sürücüsünə yaxınlaşaraq yenidən təhdid edib. pizza mizza

Hadisədən sonra Türkiyə polisi dərhal hərəkətə keçərək həmin şəxsin axtarışına başlayıb.

Qeyd edək ki, L. Torreyra 2022-ci ildən "Qalatasaray" forması geyinir. O, ardıcıl qazanılan 4 çempionluqda vacib rol oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!