Rusiya ilə əməkdaşlıq edən Azərbaycan bankları risk altındadır?

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ilə əməkdaşlıq edən Azərbaycan bankları risk altındadır?

İqtisadiyyat

14 May 2026 13:06 273


“Bu sanksiyalar maliyyə məsələlərindən daha çox siyasi motivlərlə edilir. Məqsəd Rusiya və dolayı yolla Rusiya ilə əməkdaşlıq edən şirkətlərə problem yaratmaqdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, “Yelo Bank”a qoyulan sanksiya Rusiya ilə əməkdaşlıqla bağlıdır:

“Aydın məsələdir ki, Rusiyanın bank sistemi ilə əksər ölkələrin qurumları əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən bankların da demək olar ki, hamısı Rusiyaya pul göndərilməsi və pul qəbulu əməliyyatlarını icra edir. Bu baxımdan, mən hesab etmirəm ki, “Yelo Bank”a qoyulan sanksiya Rusiya ilə əməkdaşlıqla bağlıdır. 2022-ci ildə Rusiya Ukraynaya hücum edən kimi “VTB Bank” sanksiya altına düşdü. Məlum olduğu kimi, bu bank Rusiyanın dövlət bankıdır və Azərbaycanda da fəaliyyət göstərir. Ona görə də, “VTB Bank” Avropa İttifaqı tərəfindən dərhal sanksiya siyahısına daxil edildi. Artıq 4 ildən çoxdur ki, həmin bank sanksiya altındadır”. Dominos pizza

İqtisadçı hüquqşünas əlavə edib ki, digər banklarla bağlı sanksiya təhlükəsi yoxdur:

“Amma Rusiyanın Azərbaycandakı digər bankı olan “Yelo Bank”a qarşı hər hansı sanksiya olmadı. Çünki özəl bank idi və birbaşa Rusiya dövlətinə bağlı deyildi. “Yelo Bank”a qarşı sanksiya məhz indi başladı. Əgər “Yelo Bank” Rusiya ilə əməkdaşlığa görə cəzalandırılırsa, Azərbaycanın demək olar ki, bütün bankları Rusiya bankları ilə əməkdaşlıq edir. Bu məntiqlə, onların hamısına Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilməlidir. Mən düşünmürəm ki, banklarımıza qarşı belə bir addım atılsın”.

Qeyd edək ki, 2026-cı ilin aprel ayında Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalar paketi çərçivəsində "Yelo Bank"a məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar əsasən bankın Rusiya maliyyə mesajlaşma sistemi (SPFS) ilə əlaqəsi və texniki səbəblərlə bağlıdır. Bank bunu "anlaşılmazlıq" adlandıraraq aradan qaldırılması üçün rəsmi prosedurlara başladığını bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!